Cənubi Afrika: Biz İsrailin Qəzzada törətdiyi soyqırımla bağlı güclü arqumentləri Haaqaya təqdim etmişik

Cənubi Afrika: Biz İsrailin Qəzzada törətdiyi soyqırımla bağlı güclü arqumentləri Haaqaya təqdim etmişik

 Cənubi Afrikadan olan müdafiə vəkilləri qrupuna yaxın mənbələr bildiriblər ki, sionist rejimin Fələstin xalqına qarşı Qəzzada törətdiyi soyqırımla bağlı Haaqa Beynəlxalq Məhkəməsinə təqdim edilən şikayət faylında tutarlı arqumentlər var.

İRNA-nın “Əl-Məyadin”-ə istinadən verdiyi məlumata görə, Cənubi Afrika vəkillər qrupuna yaxın mənbələr vurğulayıblar ki, Cənubi Afrikalı müdafiə vəkilləri beynəlxalq ədalətlə bağlı çox nikbindirlər.

Bir neçə saat əvvəl KİV-lər Cənubi Afrikanın sionist rejimin Qəzza zolağı xalqına qarşı soyqırımı ilə bağlı tam işin Haaqada Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilməsi üçün hazırlanması istiqamətindəki addımını xəbər verdi və vurğuladılar ki, sionist rejim Beynəlxalq Ədalət Məhkəməsinin üzvüdür və bu məhkəmədə iştirak etməkdə və ya ona bağlı qalmaqda gecikə bilməz.

Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 11 və 12-də Cənubi Afrikanın Qəzza zolağında Fələstin xalqına qarşı soyqırım həyata keçirilməsi ilə bağlı sionist rejimə qarşı şikayətini və bu rejimin Qəzzaya qarşı hərbi əməliyyatlarının dərhal dayandırılması tələbini araşdıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 1 =