Cənubi Afrika: İran bu gündən BRİKS-ə qoşulur

Cənubi Afrika: İran bu gündən BRİKS-ə qoşulur

 BRİKS kimi tanınan dünyanın inkişaf etməkdə olan iqtisadiyyatları qrupunda Cənubi Afrikanın nümayəndəsi Anil Soklal deyib: “İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Efiopiya bu gün, 2024-cü il yanvarın 1-dən etibarən bu bloka qoşulacaq.”

İRNA-nın bazar ertəsi səhər saatlarında  Bloomberg-ə istinadən verdiyi xəbərə əsasən, İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Efiopiyanın yüksək səviyyəli nümayəndələrinin dekabrın əvvəlində Cənubi Afrikanın Durban şəhərində keçirilən BRİKS toplantısında iştirakına toxunan Soklal vurğulayıb: “Bu ölkələrin qoşulması ilə BRİKS üzvlərinin sayı ikiqat artacaq.”

O, əlavə edib: “BRİKS-in yeni üzvlərinin nümayəndələri bu iqtisadi blokun yanvarın 30-da Moskvada keçiriləcək növbəti iclasında iştirak etmələri planlaşdırılıb.”

Bloomberg-in bildirdiyinə görə, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxil olmaqla hazırkı üzvlər avqust ayında əvvəllər müraciət etmiş 6 yeni ölkəni bu iqtisadi bloka qoşulmağa dəvət ediblər ki, beləliklə, dünyanın ən böyük enerji istehsalçılarından bəzilərini BRİKS şəklində bəzi ən böyük istehlakçıları ilə bir araya gətirsinlər.

Bu 6 ölkə arasında yalnız Argentina bu dəvəti rədd etdi, çünki bu ölkənin yeni Prezidenti Xavyer Milli bu ay hökumət başına gəldikdən sonra Argentinanın keçmiş Prezidenti Alberto Fernandezin BRİKS-ə qoşulmaq müraciətini geri götürdü.

Bu arada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu həftə 30-a yaxın ölkənin BRİKS-ə qoşulmaq istədiyini açıqladı.

Digər tərəfdən, Nigeriyanın Xarici İşlər naziri Yusuf Toqar noyabr ayında bildirdi: “Afrikanın ən çox əhalisinə sahib ölkəsi olan Nigeriya yaxın 2 ildə BRİKS-ə qoşulmaq niyyətindədir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − six =