Cənubi Koreya və ABŞ hərbçiləri “Ulchi Freedom Shield” birgə təlimlərinə başlayıb

Cənubi Koreya və ABŞ hərbçiləri “Ulchi Freedom Shield” birgə təlimlərinə başlayıb

Koreya Respublikası və ABŞ hərbi qulluqçuları “Ulchi Freedom Shield” adlı birgə təlimlərə başlayıblar.

APA “Yonhap”a istinadən xəbər verir ki, qarışıq təlimlər avqustun 31-dək davam edəcək.

Təlimlər real müharibə şəraitinə uyğun aparılır.

“Ulchi Freedom Shield” həm səhra, həm də simulyasiyalara əsaslanan komanda-qərargah təlimləri, həmçinin mülki müdafiə təlimlərini özündə birləşdirib.

Təlimdə 30-a yaxın birgə səhra təliminin keçirilməsi nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 21 vahid çoxdur.

Bundan əlavə, təlimlərdə BMT Komandanlığına üzv dövlətlərin, xüsusilə Avstraliya, Böyük Britaniya, Kanada, Tailand, Filippin və Fransa nümayəndələrinin iştirakı gözlənilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 20 =