Cənubi Koreyada son 10 ildə ilk dəfə hərbi parad keçirilib

Cənubi Koreyada son 10 ildə ilk dəfə hərbi parad keçirilib

Cənubi Koreya Silahlı Qüvvələrinin 75 illiyi münasibəti ilə son 10 ildə ilk dəfə hərbi parad olub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə hərbi parad adətən 5 ildən bir keçirilirmiş.

Ancaq 2018-ci ildə Şimali Koreya hakimiyyəti Cənubi Koreya ilə münasibətləri normallaşdırmaqdan imtina etdikdən sonra belə tədbir olmayıb.

Paradda Cənubi Koreya Prezidenti Yun Çok Yol iştirak edib.

Ümumilikdə 6700-ə yaxın hərbçi və 200-dən artıq texnikanın iştirak etdiyi parada ABŞ Silahlı Qüvvələrinin 8-ci qoşununun 300-dən çox döyüşçüsü də qatılıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 11 =