Cənubi Koreyanın ilk yüngül döyüş təyyarəsi FA-

Cənubi Koreyanın ilk yüngül döyüş təyyarəsi FA-

50 Varşavaya çatdırılıb

Koreya Respublikasının (Cənubi Koreya) istehsalı olan ilk FA-50 yüngül döyüş təyyarəsi Polşaya çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini və milli müdafiə naziri Mariuş Blaşçak tviterdə bildirib.

“Polşa ordusu üçün ilk iki FA-50 təyyarəsi artıq Polşadadır! Cənubi Koreyada sifariş edilən, postsovet texnikasını əvəz edən yüngül döyüş təyyarələri HHQ-nin potensialını gücləndirəcək”, – Blaşçak qeyd edib.

Xatırladaq ki, daha öncə Polşanın müdafiə naziri Cənubi Koreya təyyarələrinin ölkəyə tədarükünə başlandığını elan etmişdi. Ümumilikdə Varşava Seuldan FA-50-nin 48 nüsxəsini almaq niyyətindədir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =