CAFA turnirində iranlı futbolçu qızlar çempion oldu

CAFA turnirində iranlı futbolçu qızlar çempion oldu

İranın 18 yaşadək qızlardan ibarət futbol komandası CAFA (Futbol üzrə Mərkəzi Asiya Çempionatı) turnirində çempion olub.

İranın qızlardan ibarət futbol komandası gənclər arasında CAFA turnirində son oyunda Qırğızıstanla qarşılaşıb və 1:1 hesabla heç-heçə edib və nəhayət, üç qələbə və bir heç-heçə ilə bu turnirdə çempion olub.  Bu görüşdə 66-cı dəqiqədə İranın heyətində Pərniya Rəhmani fərqlənib.

İranın 18 yaşadək qızlardan ibarət futbol komandası bundan əvvəl Tacikistan komandasına 5-0, Özbəkistana 4-2, Türkmənistana isə 7-0 xalla qalib gəliblər və Qırğızıstanla heç-heçə etdikdən sonra 10 xalla turnirin çempionu olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =