Çanaqqalada meşə yanğınları nəzarət altına alınıb

Çanaqqalada meşə yanğınları nəzarət altına alınıb

Türkiyənin Çanaqqala vilayətində 3 gündür davam edən meşə yanğınları nəzarət altına alınıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib. Onun sözlərinə görə, yanğın nəticəsində 4 min hektardan çox əraziyə ziyan dəyib.

Yanğının söndürülməsinə 3 min 775 nəfərlik şəxsi heyət, 10 təyyarə, 38 helikopter cəlb olunub. Həmçinin, yanğının söndürülməsi üçün 900 min ton su sərf edilib.

Yanğından sonra Çanaqqala – Çan quru yolunun istifadəsi bərpa olunub.

Məlumata görə, həmçinin Əskişəhərdəki yanğın da nəzarətə alınıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + seventeen =