CAR-da binada baş verən yanğında ölənlərin sayı 63-ə çatıb – YENİLƏNİB

CAR-da binada baş verən yanğında ölənlərin sayı 63-ə çatıb – YENİLƏNİB

Cənubi Afrika Respublikasının (CAR) ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada baş verən yanğında ölənlərin sayı 63-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ölənlərin sayının artacağı istisna edilmir.

Son məlumata görə, 43 nəfər yaralanıb.

10.27

Cənubi Afrika Respublikasının (CAR) ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində azı 56 nəfər ölüb, 43 nəfər yaralanıb.

Yanğın baş verən binada 200-ə yaxın insanın yaşadığı bildirilir.

Məlumata görə, ölənlərdən biri uşaqdır.

Hadisənin səbəbi məlum deyil.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + seventeen =