CAR sionist rejimindən Haaqa məhkəməsinə şikayət etdi
Cənubi Afrika Respublikası Fələstin xalqının kütləvi qırğınına görə sionis rejimi barədə Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Beynəlxalq Ədalət Məhkəməsi elan edib: CAR-ın bizə ünvanladığı şikayətdə Fələstin xalqının qırğınının səbəbi sionist rejimdir. İsrailin soyqırımı xarakteri daşıyan hücumları məqsədyönlüdür və bunu yalnız Qəzzədəki fələstinlilərin nəslinin kəsilməsi və irqi tükətmək kimi dəyərləndirmək olar.
CAR-ın bu şikayətinə reaksiya verən Tel Əviv Cənubi Afrikanın belə bir şikayət etməyə hüququ olmadığını iddia edərək deyib ki, bu ölkə İsraili məhv etmək üçün terrorçi qruplarla əlbirdir.
Xatırladaq ki, Fələstin Səhiyyə naziriliyi Qəzzədə 7 oktyabrdan başlanan müharibədə 21500 nəfərin həlak olduğunu elan edib.