“Çelsi”dən Səudiyyə Ərəbistanı klubuna keçdi

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu “Çelsi”nin seneqallı futbolçusu Eduard Mendini transfer edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, qolkiperlə 3 illik müqavilə imzalanıb.
31 yaşlı futbolçu 2020-ci ildən London klubunda çıxış edir. Ümumilikdə Mendi “Çelsi”nin heyətində 105 oyun keçirib.
Həmçinin o, Seneqal yğması ilə Afrika Millətlər Kubokunu qazanıb.
Transfermarkt 31 yaşlı futbolçunu 12 milyon avro qiymətləndirir.
BAKU.WS