Meksikada silahlı qrup 14 polisi qaçırıb

Meksikada silahlı qrup 14 polisi qaçırıb

Meksikanın Çiapas ştatında silahlı qrup avtobusda gedən 14 polisi qaçırıb.

“Report” xəbər verir ki, avtobusun yolunu kəsən silahlı qrup nəqliyyat vasitəsində olan digər 9 qadın polisi sərbəst buraxıb.

Çiapas əyalətinin Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Departamentindən verilən açıqlamada qaçırılan polislərin xilas edilməsi üçün federal qüvvələrlə birgə əməliyyatın başladığı açıqlanıb.

Hücum edənlər tərəfindən hadisədən sonra sosial mediada yayımlanan videoda qaçırılan polislərin sağlamlıqlarının yaxşı olduğu, Çiapasda bəzi yüksəkrütbəli polislərin mütəşəkkil cinayət təşkilatları ilə əməkdaşlıq etdikləri üçün istefaları tələb edildiyi qeyd olunub.

Ştatın Baş Prokurorluğu təqdim edilən görüntünün düzgünlüyünü müəyyən etmək üçün hələ də araşdırma aparıldığını bildirib və polisləri qaçıranlara lazımi cəzanın veriləcəyini vurğulayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 20 =