Çempionlar Liqasında ilk: Messi və Ronaldo 20 ildən sonra meydanda olmayacaq

Çempionlar Liqasında ilk: Messi və Ronaldo 20 ildən sonra meydanda olmayacaq

Çempionlar Liqasında yeni mövsümü həyəcanı çərşənbə axşamı keçiriləcək oyunlarla başlayacaq.

APA xəbər verir ki, Lionel Messi və Kriştiano Ronaldo 20 ildən sonra ilk dəfə Çempionlar Liqasında meydanda olmayacaq.

2003-cü ildən bəri turnirin əsas oyunçularından sayılan bu futbolçular 9 dəfə kuboku başı üzərinə qaldırıb.

Ronaldo 140 qolla birinci, Messi isə 129 topla ikinci yerdə qərarlaşıb. Portuqaliyalı ulduz nüfuzlu turnirdə də ən çox forma geyinən oyunçu olub. 187 matçda meydana çıxan ulduz futbolçu 42 ötürmə edib. Messidə isə ötürmələrin sayı 40-dır. Argentinalıulduz 40 fərqli komandaya qol vuraraq rəqiblərini ən çox məyus edən futbolçu olub.

Qitənin nüfuzlu turniri Çempionlar sentyabrın 19-u saat 20:45-də “Milan”-“Nyukasl Yunayted” və “Yanq Boyz”-“Leypsiq” matçları ilə başlayır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − seven =