Cenin düşərgəsinə növbəti hücum: İşğalçı rejimin pilotsuz təyyarəsi vurulub

Cenin düşərgəsinə növbəti hücum: İşğalçı rejimin pilotsuz təyyarəsi vurulub

Əvvəlki genişmiqyaslı hücumdan iki ay sonra işğalçı Qüds rejiminin əsgərləri yenidən hərbi texnika ilə Cenin düşərgəsinə daxil olub və intensiv toqquşmaların olduğu bildirilir.

Bu gün (bazar ertəsi) Fələstin mənbələri sionist rejimin İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin düşərgəsinə şiddətli hücumu barədə məlumat yayıblar.

Sionist rejimin Kan rəsmi televiziyası da sionist xüsusi təyinatlıların HƏMAS-ın adı açıqlanmayan üzvünü həbs etmək üçün Cenin düşərgəsinə daxil olması barədə məlumat yayıb. Bir müddət sonra sionist radiosu onu həbs etdiyini iddia edib.

Sionist media mənbələri daha 4 fələstinlinin həbs olunduğunu elan edib və həbs əməliyyatının hələ də davam etdiyini bildiriblər.

Cenin Dövlət Xəstəxanasının direktoru Əl-Cəzirə telekanalına bildirib ki, indiyədək bu hücumda 5 fələstinli yaralanıb.

 “Cenin batalyonu” müqavimət qrupu da elan edib ki, bu dəstə üzvləri işğalçıları güllə yağışı ilə qarşılayıb və düşərgə ətrafında silahlı qarşıdurma gedir.

Bu arada sionist ordusu damlarda öz snayperlərini yerləşdirib. Xəbər mənbələri bildirir ki, işğalçı qüvvələr hələ tam düşərgəyə daxil olmayıb və onun ətrafında yerləşdirilib.

Fələstinin Şahab Xəbər Agentliyi Cenin düşərgəsinin ətrafında və girişində şiddətli toqquşmalar baş verdiyini və müqavimət qüvvələrinin işğalçıların pilotsuz təyyarəsini vura bildiyini açıqlayıb.

HƏMAS hərəkatının sözçüsü “Hazim Qasim” mesajında bildirib: “Cenin düşərgəsi müqavimət qalası olaraq qalacaq və işğalçılar bu düşərgədə fələstinlilərin iradəsini məğlub edə bilməyəcək, əksinə İordan çayının qərb sahilinin bütün bölgələrində inqilab işğalçıların iradəsinə qalib gələcək.”

İki ay əvvəl işğalçılar Cenin düşərgəsini darmadağın etdilər və yüzlərlə ailə düşərgəni tərk etmək məcburiyyətində qaldı. Cenin şəhəri və düşərgəsi İordan çayının qərb sahilində silahlı müqavimət mərkəzi kimi tanınır və bu, Qərb Sahilində gənclərin silahlı müqavimətinə ciddi şəkildə şahidlik edən ilk nöqtədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 5 =