Cenində daha bir fələstinli yeniyetmə şəhid olub

Cenində daha bir fələstinli yeniyetmə şəhid olub

Fələstinin Səhiyyə Nazirliyi çərşənbə gecəsi daha bir fələstinli yeniyetmənin Cenində sionistlər tərəfindən güllələnərək öldürüldüyünü təsdiqləyib.

İRNA-nın Fələstinli “Səma” müxbirinə istinadən verdiyi məlumata görə, nazirliyin hesabatına əsasən, Ömər Mahmud Sadiq Əbu Bəkr adlı 16 yaşlı fələstinli yeniyetmə Cenin şəhərinin cənub-qərbindəki Yəbud qəsəbəsində İsrail əsgərləri tərəfindən öldürülüb.

Fələstinin Səhiyyə Nazirliyi çərşənbə günü günorta saatlarında 30 yaşlı bir fələstinlinin sionist güllələri ilə şəhadətini elan edib. Bu şəhidin adı bir həftə əvvəl sionist əsgərlərin gülləsindən ağır yaralanan “Əhməd Nəzmi Ğanim”dir.

Fələstinin Səhiyyə Nazirliyi həmçinin əlavə edib: Üç fələstinli Beyti-Ləhmdəki Əd-Duhəyşə düşərgəsində İsrail ordusu qüvvələrinin güllələri ilə yaralanıb və onlardan birinin vəziyyəti ağırdır.

Həmçinin, Fələstin Qızıl Aypara Cəmiyyəti bu gün səhər (çərşənbə günü) İordan çayının qərb sahilində 2 fələstinlinin sionist əsgərlər tərəfindən güllələnərək öldürüldüyünü bildirib.

Bundan əvvəl Fələstin Səhiyyə Nazirliyi oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində 260 Fələstin vətəndaşının şəhid olduğunu, 3200 nəfərin isə yaralandığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =