Cenində sionist hərbi postuna atəş açılıb

Cenində sionist hərbi postuna atəş açılıb

İsrail ordusu bu rejimin İordan çayının qərb sahilində yerləşən Cenindəki hərbi postunun atəşə tutulduğunu açıqlayıb.

Sionist ordu həmçinin elan edib ki, bu rejimin hərbi postu Ceninin Yəbud kəndi daxilindən açılan atəşlə hədəfə alınıb və bu postda yerləşən sionist əsgərlər hücuma cavab veriblər.

Sionist rejim əsgərləri bu bazar səhəri Ceninin qərbində yerləşən Əl-Yamun qəsəbəsinə hücum edib və bu, fələstinlilərlə silahlı qarşıdurmaya səbəb olub.

Fələstin Xəbər Agentliyi (Vəfa) bəzi təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, sionist qüvvələrin Cenin şəhərinin Ərabə və Əl-Yamun adlı iki qəsəbəsinə hücumu zamanı bir gənc yaralanıb, bir nəfər də həbs edilib.

Digər tərəfdən, sionist rejimin mediası iddia edib ki, bu rejimin daxili təhlükəsizlik xidməti (Şabak) anti-sionist əməliyyatlar həyata keçirməyi planlaşdıran fələstinli dəstəni həbs edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + eight =