Centcom iddia etdi: Qırmızı dənizdə 5 dronla qarşılaşdıq

Centcom iddia etdi: Qırmızı dənizdə 5 dronla qarşılaşdıq

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qırmızı dənizdə 5 pilotsuz uçuş aparatının hücumuna mərzu qaldıqlarını iddia edib.

İRNA-nın məlumatına görə, Centcom bu gün səhər (29 aprel) X sosial media hesabında yazıb: ABŞ Mərkəzi Komandanlığı qüvvələri aprelin 28-i səhər saat 1:48-dən səhər saat 2:27-dək Qırmızı dəniz üzərində 5 pilotsuz təyyarəyə qarşı uğurla mübarizə aparıb.

Centcom bu xəbərin detallarına işarə etmədən sadəcə dronların bölgədəki ABŞ, koalisiya və ticarət gəmiləri üçün qaçılmaz təhlükə yaratdığını qeyd edib.

Qeyd edək ki, Yəmən silahlı qüvvələri ötən aylarda Qəzzə xalqına dəstək məqsədilə Qırmızı dənizdə sionist rejimin bir neçə gəmisini hədəfə alıb. Onlar İsrail rejimi Qəzzə zolağına hücumlarını dayandırmayana qədər bu rejimin və işğal olunmuş ərazilərə gedən bütün gəmilərlə bərabər Qırmızı dənizdə sionist rejimi dəstəkləyən koalisiya qüvvələrinə hücumları davam etdirəcəklərinə söz veriblər.

Buna qarşı olaraq Avropa Birliyi də Qırmızı dənizdə “Aspides” adlı dəniz missiyası yaradıb və bu əməliyyatın məqsədinin yalnız müdafiə xarakterli olduğunu iddia edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − four =