CENTCOM Yəmən ordusunun Qırmızı dənizdəki geniş əməliyyatlarından xəbər verib

CENTCOM Yəmən ordusunun Qırmızı dənizdəki geniş əməliyyatlarından xəbər verib

 Amerika terror qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) çərşənbə günü səhər saatlarnda bildirib ki, Yəmən ordusu Qırmızı dənizin cənubunda qanadlı və ballistik raketlər və pilotsuz uçuş aparatları ilə geniş əməliyyatlar həyata keçirib.

CENTCOM terrorçuları bununla bağlı əlavə məlumat yaymayıblar, lakin yəmənli qüvvələrin hərəkəti amerikalıları çaşqın vəziyyətə salıcı və narahatedici olub.

İngiltərə Dəniz Ticarət Təşkilatı (UKMTO) da bu səhər Qırmızı dənizdə insidentlə bağlı xəbərlər aldığını açıqlayıb.

Bu ingilis qurumu X sosial şəbəkəsində yazıb: “Hudeyda limanından (Yəmən) təxminən 50 dəniz mili qərbində insident barədə məlumatlar aldıq. Məlumatlar pilotsuz təyyarələrin fəaliyyəti və koalisiya qüvvələrinin onlara reaksiyasını göstərir.”

İngiltərə Dəniz Ticarət Təşkilatı gəmilərə bölgədə hərəkət edərkən “ehtiyatlı olmağı” və “hər hansı şübhəli fəaliyyət” barədə bu quruma məlumat verməyi tövsiyə edib.

Eyni vaxtda Yəmənin hərbi mənbələrindən biri çərşənbə axşamı, axşam saatlarında “Əl-Cəzirə” telekanalına bu ölkə ordusunun Qırmızı dənizdə bir gəmini hədəfə aldığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =