Ceyhun Bayramov: Belçika XİN rəhbəri ilə regional məsələləri müzakirə etdik

Ceyhun Bayramov: Belçika XİN rəhbəri ilə regional məsələləri müzakirə etdik

“Biz xanım nazirlə həm təkbətək, həm də geniş tərkibli görüş zamanı iki ölkə, Azərbaycan və Avropa İttifaqı arasında olan münasibətlər və layihələr, eyni zamanda regional məsələlər ətrafında fikir mübadiləsi apardıq”.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.

“Çoxtərəfli platformalarda ölkələrimiz, o cümlədən BMT və onun təsisatları, ATƏT, Aİ, AŞ və sair təşkilatlar çərçivəsində də faydalı əməkdaşlıq həyata keçirirlər”, – nazir əlavə edib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 4 =