“Ceyş əl-Zolm” terrorçu qruplaşmasının Pakistandakı qərargahı dağıdılıb
İran və Pakistan sərhədində “Ceyş əl-Zolm” terror qruplaşmasının iki qərargahı məhv edilib.
İran silahlı qüvvələri “Ceyş əl-Zolm” terrorçu qruplaşmasının iki qərargahına zərbələr endirib.
Bu barədə İranın ” Əl-Aləm ” agentliyi xəbər verib.
Məlumata əsasən, Pakistan ərazisində yerləşən qərargahlara zərbələr endirmək üçün pilotsuz uçuş apartları və raketlərdən istifadə edilib.
Hədəf edilən ərazi Pakistanın Bəlucistan əyalətindəki Kuhi Səbz (yaşıl dağ) adlı ərazidir ki Ceyş əl-Zulm qruplaşmasının ən böyük qərargahlarından birinin yerləşdiyi yerdir.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu İraqın Kürdüstan bölgəsində (Ərbil şəhəri) Mossad casus qərargahının və İŞİD terrorçularının Suriyadakı qərargahının ballistik raketlərdən istifadə etməklə məhv edildiyini açıqlamışdı.
Bununla bağlı İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib: Mossad və terrorçuların qərargahına raket hücumları milli təhlükəsizlik əleyhinə hərəkət edənlərə cavabımızın bir hissəsi idi.
“Terror qlobal bir təhlükədir. İran birgə regional və beynəlxalq əməkdaşlıq çərçivəsində terrorla mübarizədə qərarlıdır.”-deyə Kənani ılavə edib.