Cibuti nümayəndəsi: “Fransa həmişə Afrikada hökmran olmağa çalışıb”

Cibuti nümayəndəsi: “Fransa həmişə Afrikada hökmran olmağa çalışıb”

“Sivilizasiyanın yayılması ideyasının arxasında gizlənən Fransa faktiki olaraq Afrikada öz hökmranlığını qurmağa çalışıb”.

Bu barədə Cibuti Milli Assambleyasının üzvü, Cibuti-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri İlayya İsmael Qeedi Bakıda “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

“Afrika qitəsinin tarixi araşdırılsa, məlum olar ki, Fransa sivilizasiyanı yaymaq bəhanəsilə, əslində, burada öz hakimiyyətini qurmaq məqsədi güdürmüş. Onun müstəmləkəçiliyindən əvvəl Afrika xalqlarının artıq öz sivilizasiyası və zəngin mədəniyyəti var idi”, – o bildirib.

Onun sözlərinə görə, Fransa həmişə Afrikada hökmranlıq etməyə çalışıb və müstəmləkəçilik siyasətini davam etdirir, ölkələri müstəqillikdən məhrum etməyə çalışır:

“İndiki gənclər təşəbbüsü öz əllərinə almağa və Afrika ölkələrinin müstəmləkəçiliyinə son qoymağa hazırdırlar. Onlar bu siyasətə fəal şəkildə qarşı çıxırlar”.

O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə fəal fəaliyyətinə və bu məsələlərdə səylərinə görə təşəkkürünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 15 =