Çikaqoda atışma nəticəsində 4 nəfər ölüb

Çikaqoda atışma nəticəsində 4 nəfər ölüb

ABŞ polisi Çikaqo yaxınlığındakı bir ərazidə atışma nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb.

Associated Press-in məlumatına görə, Amerika rəsmiləri bazar günü atışmanın şəxsi məsələlərə görə baş verdiyini və “hücum edənin həbs edildiyini” bildiriblər.

Silahlı Zorakılıq Arxivi (GVA) daha əvvəl elan etmişdi ki, 2023-cü ildə ABŞ-da 42 mindən çox insan odlu silahla həlak olub.

Bu statistika göstərir ki, ABŞ-da silahlı zorakılıqlar nəticəsində hər gün təxminən 118 nəfər həyatını itirir. Həmçinin, bu atışmalarda 35 737 nəfər yaralanıb.

İRNA-nın məlumatına görə, Pew sorğu institutunun nəticələri də göstərir ki, ABŞ-da silahlı zorakılığın artması bu ölkə vətəndaşlarını silah almağa və ona sahib olmağa həvəsləndirib. beləliklə, insanların 72 faizi təhlükəsizlik baxımından özünü qorumaq üçün ölkədə silaha sahib olmaq niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =