Çilidə güclü zəlzələdən sonra 80 minə yaxın sakin işıqsız qalıb

Çilidə güclü zəlzələdən sonra 80 minə yaxın sakin işıqsız qalıb

Çərşənbə günü axşam baş verən 6,2 maqnitudalı zəlzələdən sonra Kokimbo bölgəsinin 80 minə yaxın sakini işıqsız qalıb.

“Report” xəbər verir ki, bu barədə “La Tercera” qəzeti məlumat yayıb.

Bildirilib ki, ən çox Kokimbo şəhəri elektrik kəsilməsindən zərər çəkib, 48 575 istehlakçı elektriksiz qalıb. La-Serena şəhərində isə 30 738 sakinin elektrik enerjisi kəsilib.

Xatırladaq ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi 161 min nəfər olan Kokimbo şəhərindən 41 km aralıda yerləşib. Yerli vaxtla saat 20:48-də (Bakı vaxtı ilə 03:48) qeydə alınan təbiət hadisəsinin ocağı 41 km dərinlikdə olub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 3 =