Çin dünyanı birləşdirir – Vaşinqton isə yeni alternativlər axtarır

Çin dünyanı birləşdirir – Vaşinqton isə yeni alternativlər axtarır

“Bir kəmər bir yol” layihəsi 2013-cü ildə Çin Xalq Respublikası tərəfindən irəli sürülən təşəbbüsdür. Bu proyekt həm də infrastruktur layihələrini inkişaf etdirmək və əlaqələri gücləndirmək məqsədi daşıyan nəhəng iqtisadi inkişaf, investisiya modelidir”.

Türkiyəli ekspert Ayşə Sürəyya Pekçetin özünün analitik materialında bu marşrutun detalları barədə ətraflı məlumat verib.

Onun məqaləsində daha sonra yazılıb:

“2023-cü il oktyabrın 17-də və 18-də Pekində layihənin 10-cu ildönümünə həsr olunan üçüncü “Bir kəmər bir yol” Forumu keçirilib. Forumda Çinə bu təşəbbüslə bağlı fikirlərini bildirmək imkanı verilib.

Məlum olub ki, son 10  ildə “Bir kəmər bir yol” layihəsi nəinki iştirakçı ölkələr arasında əlaqələr yaradıb, həm də bütün dünyada  iqtisadi artıma yeni təkan verib. 2013-2022-ci illərdə Çin ilə bu marşrut boyunca yerləşən ölkələr arasında ümumi ticarət hər il orta hesabla 6,4% artaraq 19,1 trilyon dollara çatıb və ikitərəfli investisiyalar 380 milyard dolları keçib.

Təkcə 2022-ci ildə bu layihəyə qoşulan ölkələrin  ticarət dövriyyəsi 2,07 trilyon dollara çatıb və rekord qırıb. Bu ölkələr arasında ticarətin sürətli inkişafı, eləcə də ticarətin liberallaşdırılması və asanlaşdırılması qlobal miqyasda əməkdaşlığa yeni təkan verib.

Son on il ərzində Çin fəal şəkildə standartlar və institutlar yaradır və onları xarici layihələrə təqdim edir. Rəqəmsal maliyyə dövrünün çətinliklərini aradan qaldırmaq üçün Çin Mərkəzi Bankı Rəqəmsal İpək Yolunun rəvan inkişafını təmin etmək üçün “Bir kəmər bir yol”  ölkələri ilə bilik mübadiləsi, birgə tədqiqat və innovasiyalar üzrə işlərini sürətləndirib.

Çin rəqəmsal iqtisadiyyat təlimi vasitəsilə həmin marşrutda yerləşən ölkələrlə əməkdaşlığı gücləndirməklə üstünlüklərindən tam istifadə edib və həmçinin fermerlərin gəlirlərinin artırılmasına kömək edən, xüsusilə rəqəmsal iqtisadiyyat bacarıqları üzrə mühüm təlim proqramları həyata keçirib. Çin, həmçinin bu layihədəki ölkələrlə səhiyyə və tibb sahəsində əməkdaşlığı da dərinləşdirir.

COVID-19 epidemiyasının başlanmasından bəri Çin böyük miqdarda peyvənd təmin etməklə iqtisadiyyatın bərpasını effektiv şəkildə təşviq edib. “Bir kəmər bir yol” təşəbbüsünün yüksək keyfiyyətli inkişafını təmin etmək üçün Çin təşəbbüs çərçivəsində hazırlanmış layihələrlə Qlobal Cənub ölkələrinə diqqət yetirən beynəlxalq dövriyyə modeli yaradır.

Dünyanın fabrikinə çevirilən Çin əməkdaşlıq etdiyi ölkələrlə bir-birini tamamlayan ticarət və iqtisadi əlaqələr yaratmaq üçün dünyaya daha çox Çin mənşəli brendlər təqdim etməkdə davam edir.

Təşəbbüs əvvəlcə 65 ölkə və 20-dən çox beynəlxalq təşkilat tərəfindən dəstəklənib. Lakin zaman keçdikcə təşəbbüsə daha da çox ölkə qoşulub. Layihə bütün qitələri əhatə edib. Afrikada 44, Avropa və Mərkəzi Asiyada 35, Şərqi Asiya və Sakit okeanda 25 , Latın Amerikası və Karib dənizi hövzəsində 21, 18 ölkə Yaxın Şərqdə və Şimali Afrikada isə 18 ölkə Çinlə əməkdaşlığa başlayıb. Cənub-Şərqi Asiyada 6, Avropa İttifaqında 18 ölkə “Bir kəmər bir yol” platformasına qoşulmaq  arzusunu bildirib.

Bu ölkələr iqtisadi imkanları qiymətləndirir və layihədə iştirak etməklə kommersiya və infrastruktur imkanlarından faydalanmağa çalışırlar. Çin digər ölkələri həvəsləndirmək və onların təşəbbüsünü dəstəkləmək üçün bir sıra diplomatik tədbirlər həyata keçirir.

Bu layihə iştirakçı ölkələr arasında iqtisadi artımın stimullaşdırılmasında, ticarətin artırılmasında və qlobal əməkdaşlığın gücləndirilməsində mühüm uğurlar əldə edib. Təşəbbüsün uğuru və davamlılığı Çinin iştirakçı ölkələrin ehtiyaclarını nəzərə alması ilə bağlıdır. “Bir kəmər bir yol” təşəbbüsünə dünyada daha çox ölkəni cəlb etmək, əməkdaşlığı və iqtisadi inteqrasiyanı artırmaqla qlobal iqtisadiyyata müsbət töhfə vermək məqsədi daşıyır”.

Vəli Həsənov,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + nineteen =