Çin “iki dövlətli” həll yoluna çağırıb

Çin “iki dövlətli” həll yoluna çağırıb

Çinin Xarici İşlər naziri İsrail-Fələstin münaqişəsinə son qoymaq üçün iki dövlətli həll yolunu vurğulayıb və müharibənin yenidən alovlanacağı təqdirdə bunun bütün regiona yayıla biləcəyini deyib.

Mehr xəbər agentliyinin Ən-Nəşrə-yə istinadən verdiyi məlumata görə, Çinin Xarici İşlər naziri Vanq Yi Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə görüşündə müharibənin dayandırılmasını və Qəzza zolağına təcili humanitar yardımın göstərilməsini istəyib.

Müharibənin dayandırılması və tam atəşkəsin yaradılması üçün səylərin zəruriliyini vurğulayan Vanq Yi deyib: Əgər Qəzzada qarşıdurmalar yenidən alovlanarsa, daha çox insan faciəsinin baş verdiyinin şahidi olacağıq və müharibənin təkrarlanmasının qarşısı alınmalıdır.

Qəzza zolağına humanitar yardımın çatdırılmasının və məhbusların azad edilməsinin sürətləndirilməsinin zəruriliyinə işarə edən Çinin Xarici İşlər naziri işğal olunmuş Fələstində “iki dövlət”li həll yolu ilə bağlı danışıqların dərhal bərpa olunmasını istəyib.

Çinin Xarici İşlər naziri Qəzzada qarşıdurmanın yenidən başlamasının bütün bölgəni əhatə edən fəlakətə çevrilə biləcəyini deyib və Pekinin Qəzzaya daha çox təcili humanitar yardım göndərəcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =