Çin orbitə yeni zondlama peyki çıxardı

Çin orbitə yeni zondlama peyki çıxardı

Çinin “Long March 2D” daşıyıcı raketi Yerin məsafədən zondlanması üzrə peykini (“Yaogan-36”) orbitə çıxarıb.

Lent.az xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Daşıyıcı raket kosmosa cümə axşamı Pekin vaxtı ilə saat 4:02-də Xichang Kosmodromunun buraxılış meydançasından buraxılıb.

İki mərhələli “Long March 2D” daşıyıcı aparatı Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən peykləri aşağı Yer orbitinə çıxarmaq üçün hazırlanıb.

Tərtibatçıların fikrincə, o, həmçinin təxminən 645 km yüksəklikdə günəşlə sinxron orbitə 1300 kq-a qədər faydalı yük çıxarmağa qadirdir.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − nine =