Çin ordusu Sarı dənizdə 3 günlük təlim keçirir
Çin donanması Cənubi Çin dənizi və Sarı dənizdə üç günlük hərbi təlim keçirməyi planlaşdırır.
Mehr xəbər agentliyinin Sputnik-ə istinadən verdiyi məlumata görə, Çin dəniz qüvvələri ölkənin sularında üç günlük hərbi təlimlərə başladığını elan edib.
Çinin Dəniz Təhlükəsizliyi İdarəsi çərşənbə axşamı elan edib ki, Çin Hərbi Dəniz Qüvvələri avqustun 29-dan 31-dək Sarı dəniz və Cənubi Çin dənizinin bir neçə bölgəsində bu hərbi təlim keçirəcək.
Çin Dəniz Təhlükəsizliyi İdarəsinin elanına əsasən, Cənubi Çin dənizində Tonkin körfəzində ilk təlim yerli vaxtla çərşənbə axşamı səhər saat 10:00-dan 14:00-a qədər keçirilib. Avqustun 30-da saat 12:00-dan 15:00-dək növbəti təlimin keçirilməsi planlaşdırılır. Həmçinin, avqustun 31-i saat 14-dən 17-dək növbəti təlimlər keçiriləcək.
Çinin Dəniz Təhlükəsizliyi İdarəsi bu silsilə təlimlər çərçivəsində Sarı dənizdə hərbi silahların praktiki tətbiqi ilə təlimlərin keçiriləcəyini açıqlayıb.