Çin Qəzzədə atəşkəs tələb etdi

Çin Qəzzədə atəşkəs tələb etdi

Çin prezidenti BRİCS sammitində dünyada sülh və əmin-amanlıq bərqərarı üçün Qəzzə müharibəsində atəşkəs elan olunmasını istəyib.

Fars İnformasiya Agentliyinin ŞinHoa-ya istinadən verdiyi məlumatına əsasən, Şi Cin Ping bu gün (22 noyabr) Çin prezidenti Fələstin məsələsinin ədalətli surətdə həll olunmadığı təqdirdə Qərbi Asiyada sülh və əmin-amanlığın olmayacağını deyib.

Şi Cin Ping Qəzzə böhranının dərhal durdurulmasına işarə edərək həmçinin bundan artıq tələfat verilməsinin qarşısını almaq üçün sivil girovların azad edilməsini də vurğulayıb.

Məlumata görə Çin dövlət başçısı Fələstin xalqının hüquqlarının bərpasının zərurətini qeyd edib.

Çin prezidenti 2 gün əvvəl də Fransa prezidenti Emmanuel Makronla telefon danışığında Qəzzə müharibəsinin sonlandırılması və Fələstin münaqişəsinin dərhal həll edilməsini də vurğulamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =