Çin və ABŞ liderlərinin görüşünə hazırlıq görülür

Çin və ABŞ liderlərinin görüşünə hazırlıq görülür

Çinin və Birləşmiş Ştatların hakimiyyət orqanları noyabr ayında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı ölkələrinin sammitinin baş tutacağı San-Fransisko şəhərində ÇXR sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden arasında görüşün keçirilməsi üçün qarşılıqlı fəaliyyət göstərəcək.

Bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb. Çinin XİN naziri Van İ ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan arasında keçirilən görüşün nəticələrinə dair məlumatda bildirilir ki, tərəflər iki ölkə liderinin San-Fransisko şəhərində görüşünün təşkili üçün birgə fəaliyyət barədə razılığa gəliblər.

Qeyd olunur ki, Van İ və Ceyk Sallivan bir sıra vacib beynəlxalq məsələlər, o cümlədən yüksək səviyyəli təmasların davam etdirilməsi barədə məzmunlu və konstruktiv dialoq aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 5 =