Çin “xalqın hisslərini incidən” geyimləri qadağan etmək istəyir

Çin “xalqın hisslərini incidən” geyimləri qadağan etmək istəyir

Çin “xalqın ruhuna xələl gətirən, xalqın hisslərini incidən” danışıq və geyimin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi Çində mübahisələrə səbəb olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Qanuna görə, insanları bu paltarı geyinməyə təşviq edən şəxslər 15 günə qədər həbs oluna və 5000 yuan (680 dollar) məbləğində cərimələnə bilərlər.

Çin millətinə zərər vuracağı düşünülən çıxışlar və məqalələr də cinayət məsuliyyətinə daxil edilib.

Lakin qanun layihəsində nəyin qadağan olunduğu dəqiq göstərilməyib. Mübahisəli qanunun bu qeyri-müəyyən vəziyyətdə narahatlıq yaradır.

Çin Siyasi Elmlər və Hüquq Universitetinin professoru Zhao Hong bildirib ki, qanun layihəsindəki qeyri-müəyyənlik şəxsi hüquqların pozulmasına gətirib çıxara bilər.

Eyni şəkildə, bəzi hüquqşünaslar və sosial şəbəkə istifadəçiləri arasında hansı geyimin “millətə zərərli” olacağına dair fikirləri də izah edir. Hüquq ekspertləri qanuna aydınlıq gətirilməsinə çağırıblar.

Qeyd edək ki bununla bağlı olaraq, ötən ay tayvanlı müğənni Chang Hui-mei-nin Pekində keçirilən konsertinə göy qurşağı rəngli paltarlarla gələn bəzi iştirakçılar içəri buraxılmayıb.

Keçən il də Suçjou şəhərində bir qadın yaz ayında ictimai yerlərdə kimono (ənənəvi yapon paltarı) geyindiyi üçün “xalqı təhrik etmək” səbəbilə saxlanılıb.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − thirteen =