Çin XİN: “ABŞ-la münasibətlər yol ayrıcındadır”

Çin XİN: “ABŞ-la münasibətlər yol ayrıcındadır”

Çin-Amerika münasibətləri beynəlxalq arenada ifrat qeyri-sabitlik şəraitində əməkdaşlıq üçün düzgün istiqamət seçmək lazım olan əsas mərhələdədir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.

Çin Xarici İşlər Nazirliyi oktyabrın 26-da və 27-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə iki raund görüş keçirmiş Van Yidən sitat gətirib: “İndi beynəlxalq vəziyyət daim nizamsız dəyişikliklərə məruz qalır, Çin-ABŞ münasibətləri də yol ayrıcındadır”. 

“Biz həmişə hesab etmişik ki, ÇXR və ABŞ-ın qarşılıqlı maraqları onlar arasında mövcud olan fikir ayrılıqlarından qat-qat üstündür., nazir deyib.

O, əlavə edib ki, Çin-Amerika münasibətlərini tez bir zamanda ahəngdar, sağlam və sabit inkişaf yoluna qayıdacağına ümid edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 9 =