Çin Yaponiyadan “Fukusima-1” AES-in suyunun okeana axıdılmasını dayandırmağı tələb edib

Çin Yaponiyadan “Fukusima-1” AES-in suyunun okeana axıdılmasını dayandırmağı tələb edib

Çin Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) suyunu okeana axıdılmasına qarşıdır və bu hərəkətlərə son qoyulmasını tələb edir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən bildirilib.

“Beynəlxalq ictimaiyyətin ciddi şübhələrinə və etirazına baxmayaraq, Yaponiya birtərəfli qaydada “Fukusima-1” AES-də nüvə qəzası nəticəsində çirklənmiş suyu okeana tökməyə başlayıb. Çin buna qəti şəkildə qarşı çıxır və qəti şəkildə pisləyir. Artıq Yaponiya tərəfinə bu əməli dayandırmağı tələb edən rəsmi təqdimat göndərib. Bu qeyri-qanuni hərəkətlər”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, Yaponiyada qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-dən təmizlənmiş suyun okeana axıdılmasına başlanılıb.

Xatırladaq ki, “Fukusima-1”də 2011-ci ildə sunamidən sonra baş verən qəza enerji təchizatı və soyutma sistemlərini sıradan çıxarıb. Nəticədə üç enerji blokunun reaktorlarında nüvə yanacağı əriyib, qoruyucu təbəqə yanıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 10 =