Cinayətkar İsrailə neftin tədarükündə Bakının “xüsusi çəkisi” təsdiqləndi

Cinayətkar İsrailə neftin tədarükündə Bakının “xüsusi çəkisi” təsdiqləndi

2023-cü ildə Azərbaycan Respublikası işğalçı rejimin əsas neft tədarükçüsü olub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, keçən il Azərbaycan 22 ölkəyə 16,2 milyard dollar dəyərində 26 milyon tondan çox neft satıb.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, İtaliya bu müddət ərzində Azərbaycanın neft ixracında birinci yerdə qərarlaşıb. Belə ki, ötən il Azərbaycan İtaliyaya 7,1 milyard dollar dəyərində 11,1 milyon ton neft ixrac edib.

Azərbaycanın neft ixracında ikinci yerdə İsrail gəlir. Hesabat dövründə bu rejimə 1,4 milyard dollarlıq 2,2 milyon ton neft satılıb. Və bununla da Azərbaycan hakimiyyəti xunta rejiminin hərb maşınını qidalandıran əsas tərəflərdən biri olub.

Azərbaycanın neft ixracında üçüncü yeri Hindistan tutur. Ötən il bu ölkəyə 1,2 milyard dollar dəyərində 2 milyon ton neft ixrac edilib.

Xatırladaq ki, bir müddət əvvəl israilli ravvin Mixail Finkel müharibə günlərində Bakı neftinin tədarükünə görə Azərbaycan hakimiyyətinə təşəkkür edib.

Finkel vurğulayıb: “Bakı nefti sayəsində Merkava tankları hərəkət edir və İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzzə zolağında müsəlmanları bombalamaq üçün uçur”.

Qəzzədə müharibənin başlaması ilə müsəlmanların və dünyadakı bütün azadlıqsevərlərin ciddi tələblərindən biri müxtəlif ölkələrin enerji ixracatının xunta rejiminə kəsilməsi olub.

İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei noyabrın əvvəllərində Fələstin məsələsinə toxunaraq demişdir ki, sionist rejimə neftin ixrac yolları bağlanmalıdır və İslam hökumətləri sionist rejimlə iqtisadi əməkdaşlıq etməməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + eighteen =