Çində restoranda partlayış olub, 30-dan çox adam ölüb

Çində restoranda partlayış olub, 30-dan çox adam ölüb

Çinin şimalındakı Ninxia-Huey muxtar rayonunda restoranda baş verən partlayış nəticəsində azı 31 nəfər ölüb, daha 7 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Hadisəyə səbəb qaz sızması olub.

Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti olduqca ağırdır.

Partlayış yerində polis işləyir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 1 =