Ço Bayden yenə “quşladı”

Ço Bayden yenə “quşladı”

ABŞ prezidenti Co Bayden çıxışı zamanı Çin lideri Si Cinpinin adını yenə səhv salıb.

Bayden çıxışında Çin liderini başqa bir məşhur çinli siyasətçinin adı ilə “əvəzləyib”. “Mən Çin lideri Den Syaopinə dedim, digər dünya liderlərinə də demişəm. Heç vaxt amerikalılara qarşı bəhsə girməyin!”.

Qeyd edək ki. 2023-cü il iyulun 8-də ABŞ prezidenti Co Bayden televiziya müsahibəsi zamanı Ukraynanın adının yerinə Rusiyanın NATO-ya üzvlük məsələsindən danışıb. İyunun 22-də isə Co Bayden Vaşinqtonda Hindistanın baş naziri Narendra Modini qəbul edib. Görüşdə, o, əvvəlcə Hindistan himnini Amerika himni ilə qarışdırıb.

Yeri gəlmişkən, 2022-ci ilin noyabrında ABŞ prezidenti Co Bayden aralıq Konqres seçkilərindən sonra etdiyi çıxışında Xersonun adını Fəllucə deyərək çıxışçıları şoka salmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 9 =