Dəməşq: İsrailin Rəfaha hücum qərarı regionun sabitliyini təhdid edir
Suriya Xarici İşlər Nazirliyi bəyanat yayaraq sionist rejimin Qəzza zolağının cənubundakı Rəfaha qurudan hücum qərarını pisləyib və bunu regionun təhlükəsizlik və sabitliyinə təhdid hesab edib.
Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Suriya İsrailin vəhşi hərəkətləri ucbatından Qəzza zolağının cənubuna sığınmaq məcburiyyətində qalan mülki əhalinin, xüsusilə uşaq və qadınların və digər fələstinlilərin həyatına İsrailin Rəfah şəhərinə hər hansı hücumunun faciəli nəticələri barədə xəbərdarlıq edir.”
Bəyanatda əlavə olunur: “Dəməşq vurğulayır ki, ABŞ-ın Qəzza zolağında İsrailin təhlükəli və qeyri-insani planlarını həyata keçirməsinə icazə verməsi regionda təhlükəsizlik və sabitliyə böyük təhdid olacaq.”
Suriya XİN bildirib: “İsrailin fələstinli dinc sakinlərə hücum etmək qərarı beynəlxalq hüququn, beynəlxalq insan haqlarının və ən elementar insan haqlarının ciddi şəkildə pozulmasıdır, həmçinin, fələstinlilərin yenidən didərgin salınması mənəvi cəhətdən pislənir, beynəlxalq ictimaiyyət onları qorumalıdır.”