Dənizdə XÜSUSİ ƏMƏLİYYAT: 4,5 ton narkotik tutuldu -VİDEO
İspaniya polisi Kanar adaları yaxınlığında mal-qara daşıyan gəmidən dəyəri təxminən 105 milyon avro (114 milyon dollar) olan 4,5 ton kokain müsadirə edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, polisin açıqlamasına görə, Orion V gəmisi Kolumbiyadan Toqo bayrağı altında üzüb. 28 ekipaj üzvü həbs edilib.
Onların tutulması əməliyyatı Toqo polisi və ABŞ Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə həyata keçirilib. Gəmi əvvəllər ondan çox ölkənin limanlarında dayanıb.
Polis bildirir ki, narkotik alverçiləri Latın Amerikasından Avropaya narkotik çatdırmaq üçün yeni yollar axtarmağa başlayıblar. Məhz, qaçaqmalçılar mal-qaranı daşımaq üçün gəmilərdən istifadə etməyə başlayıblar, çünki daşınan yükü izləmək daha çətindir.
“Beynəlxalq təşkilatlar yenidən Latın Amerikasından Avropaya narkotik vasitələrin daşınmasına başlayır, mal-qaradan istifadə edərək yükə nəzarət və lokalizasiyanı çətinləşdirir”, – İspaniya polisi bildirib
Lent.az