Daha 6 dövlət BRICS-ə üzv olacaq – YENİLƏNİB

Daha 6 dövlət BRICS-ə üzv olacaq – YENİLƏNİB

Daha 6 dövlət BRICS-ə üzv olacaq.

APA xəbər verir ki, bu barədə Yohannesburqda keçirilən 15-ci BRICS sammitinin yekunlarına dair çıxış edən CAR Prezidenti Cyril Ramafoza bildirib.

Yeni üzvlər arasında Argentina, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Efiopiya və Misir var.

“Üzvlük 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək”, – deyə CAR Prezidenti Ramafoza bildirib.

***

06:20

Argentina, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı BRICS qrupunun (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) yeni üzvləri olacaq.

APA xəbər verir ki, bu barədə Braziliyanın UOL portalı qrupun sammitinin yekun sənədinin layihəsinə istinadla məlumat yayıb.

Məlumata görə, əsas seçim meyarlarından biri coğrafi amil olub ki, bu da qrup daxilində regional tarazlığı təmin etməlidir. Bu prinsipə uyğun olaraq, daha bir Afrika ölkəsinin bloka qoşulması da nəzərdən keçirilir. Bundan əlavə, gələcəkdə Braziliya hakimiyyəti İndoneziyanı assosiasiyanın bir hissəsi kimi görmək istərdi, lakin Cakarta hələ BRICS-ə qoşulmağa hazır deyil.

BRICS sammiti avqustun 22-dən 24-dək Yohannesburqda keçirilir. Bundan əvvəl Cənubi Afrika Respublikasının xarici işlər və əməkdaşlıq naziri Naledi Pandor bildirmişdi ki, BRİKS ölkələrinin liderləri assosiasiyaya yeni üzvlərin qəbulu prinsiplərini əks etdirən sənəd üzərində razılığa gəliblər. BRİCS-ə üzvlük üçün ümumilikdə 22 ölkə müraciət edib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 11 =