Daha bir fələstinli gənc sionistlər tərəfindən güllələnib

Daha bir fələstinli gənc sionistlər tərəfindən güllələnib

Üç gün əvvəl İordan çayının qərb sahilində sionist tərəfindən güllələnən 17 yaşlı fələstinli gənc bu gün səhər saatlarında şəhid olub.

17 yaşlı fələstinli gənc “Rəmzi Fəthi Hamid” bu səhər (bazar ertəsi) Ramullah şəhərinin “Salvəd” bölgəsində sionistlər tərəfindən güllələnərək aldığı xəsarətlərdən dünyasını dəyişib.

 “Fələstin” Tibb Kompleksinin direktoru “Əhməd Əl-Beytavi” bildirib ki, şəhid Hamid sionistlərin onun sinə və qarın nahiyəsinə açdığı atəş nəticəsində aldığı xəsarətlərdən sonra baş vermiş ağır ağciyər emboliyası səbəbindən bu səhər dünyasını dəyişib.

Salvəd Bələdiyyə Başçısı Raid Hamid də bildirib ki, Hamid Əvfəra qəsəbəsi yaxınlığında avtomobilində olarkən bir sionist mühacir onu hədəfə alıb.

Hamidin şəhadəti ilə bu ilin əvvəlindən işğalçıların güllə və ya hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 223 nəfərə yüksəlib.

Şəhid Hamid üç gün əvvəl Vərəl-Ədəs küçəsində sionist Əvfəra qəsəbəsinin mühafizəçisinin gülləsindən yaralanmışdı.

Bununla eyni vaxtda bir sionist mühacir də bazar günü axşam Beyti-Ləhmin şərqindəki “Keysan” bölgəsində bir fələstinli uşağı maşınla vuraraq onu ağır yaralayıb və oradan qaçıb.

Uşaqların Müdafiəsi Qlobal Hərəkatının Hesabatlılıq Proqramının direktoru Ayid Əbu Quteyş bildirib ki, bu ilin əvvəlindən işğalçılar İordan çayının qərb sahilində 31, Qəzza zolağında isə 6 uşağı şəhid ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =