Daha bir ölkə BRİKS-ə qoşulmaq niyyətindədir

Daha bir ölkə BRİKS-ə qoşulmaq niyyətindədir

Banqkok Kazanda keçiriləcək ittifaq sammitində BRİKS-ə qoşulmağa ümid edir.

Bu barədə Tailand Xarici İşlər Nazirliyinin sözçüsü Nikondet Phalangkun bildirib.

O bildirib ki, Tailand artıq Rusiyaya BRİKS-ə tamhüquqlu üzv kimi qoşulmaq üçün rəsmi niyyət məktubu təqdim edib.

“İndi BRICS bu məsələni artan qaydada müxtəlif səviyyələrdə müzakirə edəcək: yüksək vəzifəli məmurlar səviyyəsindən tutmuş ölkə liderləri səviyyəsinə qədər. Ümid edirik ki, nəticə müsbət olacaq və bu ilin oktyabrında Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitində Tayland ittifaqa qoşulacaq”, – XİN sözçüsü deyib.

Onun sözlərinə görə, ölkə BRİKS-ə qoşulmaqla beynəlxalq rolunu artırmaq və beynəlxalq gündəmin formalaşmasında və bəşəriyyətin gələcək inkişafında mühüm rol oynayan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin assosiasiyasının bir hissəsi olmaq niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =