Daha bir ölkə Təl-Əvivlə əlaqələrini kəsir

Daha bir ölkə Təl-Əvivlə əlaqələrini kəsir

Cənubi Afrika parlamenti İsrail səfirliyinin bağlanmasına qərar verib.

Bu məlumata əsasən, 248 Cənubi Afrika parlamentarisi cinayətkar İsrailin Pretoriyadakı səfirliyinin bağlanmasına səs verib.

Cənubi Afrika və İsrail arasında münasibətlər Qəzzə zolağındakı vəziyyətə görə çox mürəkkəbləşib. Cənubi Afrika artıq öz səfirini İsraildən geri çağırıb.

CAR hesab edir ki, Yaxın Şərqdə münaqişə Fələstin torpaqlarını işğal edən İsrailin hərəkətləri nəticəsində yaranıb. Cənubi Afrikanın rəhbəri BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə istinad edərək, Fələstində yəhudi məskunlaşmalarının beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu bildirib.

Həmçinin qeyd olunur ki, Qəzzə zolağının mülki əhalisinin kollektiv şəkildə cəzalandırılması soyqırım və müharibə cinayətidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =