Danimarka Quranın yandırlmasını qadağan etməyi planlaşdırır

Danimarka Quranın yandırlmasını qadağan etməyi planlaşdırır

Danimarka Quran, Tövrat və İncil kimi müqəddəs kitablarla “uyğun olmayan rəftarı” qadağan etməyi planlaşdırır.

APA DR telekanalına istinadən xəbər verir ki, bu barədə Danimarkanın ədliyyə naziri Peter Hummelgaard mətbuat konfransında deyib.
Ədliyyə naziri vurğulayıb ki, İslamın müqəddəs kitabına qarşı bir sıra təhqirlər müsəlman ölkələrində qəzəb doğurub.

O deyib ki, hökumət “dini icma üçün əhəmiyyətli olan dini əhəmiyyət kəsb edən obyektlərlə qeyri-adekvat rəftarı qadağan edən” qanun layihəsi təqdim edəcək və əlavə edib ki, qanun xüsusilə ictimai yerlərdə müqəddəs kitabların yandırılması və təhqir edilməsinə yönəlib.

Nazir əlavə edib ki, qadağa təkcə yandırmağı deyil, həm də məsələn, onları ləkələmək və ya tapdalamağı məhdudlaşdırmağı da əhatə edəcək.

Müqəddəs kitabları təhqir edənlərə qarşı maksimum cəzanın iki il həbs olacağı gözlənilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one − 1 =