Dindarların həbsi davam edir

Dindarların həbsi davam edir

Salyan rayonunda “Müsəlman Birliyi” Hərəkatının üzvü Mirsultan Bağırov saxlanılıb. Dindarların həbsi xəbərlərini yayan MOUZE telegram kanalı bu barədə məlumat verib.

Turan Xəbər Agentliyi isə Müsəlman Birliyi Hərəkatından məlumat barədə öyrənib. Hərəkatdan Turan-a bildiriblər ki, Bağırov yanvarın 11-də Salyanda saxlanılıb. Hesab edirlər ki, digər dini fəallar kimi Bağırova da narkotik maddələrlə bağlı ittiham irəli sürüləcək.

MOUZE-nin iddiasına görə, Bağırov “İranın casus şəbəkəsinin aşkar edilməsi üzrə əməliyyat çərçivəsində” saxlanılıb. Son ildə 100-dən çox dini fəal həbs edilib və onların əksəriyyətinə qarşı  narkotik maddələrin qanunsuz dövriyyəsilə bağlı ittihamlar irəli sürülüb. Ancaq onlar həbs edilərkən dövlət mediaları həbs səbəbini İrana casusluqla əsaslandırıblar.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın siyasi məhbuslar siyahısında 183 dindar var, onlardan 58-i “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. 48 nəfər 2021-ci ilin dekabrından sonra həbs edilib.

Bu, hakimiyyətyönlü KİV-də “İranın casus şəbəkəsinin ifşası” kimi qələmə verilsə də, sonradan onlara qarşı narkotik maddələrlə bağlı ittihamlar irəli sürülüb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − eight =