Direktor müavini: “Gözəllik salonlarında sterilizasiya edilməmiş ləvazimatlardan istifadə QİÇS-ə yoluxmaya səbəb olur”
“Gözəllik salonlarında, stomatoloji mərkəzlərdə sterilizasiya olunmamış ləvazimatlardan istifadə olunması QİÇS xəstəliyinə yoluxmaya səbəb olur”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.
O bildirib ki, bunun üçün təmizlik qaydalarına mütləq şəkildə riayət olunmalı, istifadə olunan ləvazimatlar və alətlər yaxşı sterilizasiya edilməlidir.
Report.az