Dron hücumlarından sonra Moskva ətrafında yeni HHM sistemləri yerləşdirilib
Ukrayna ordusunun Rusiyaya dron hücumlarından sonra Moskva ətrafında yeni hava hücumundan müdafiə (HHM) sistemləri yerləşdirilib.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında qeyd olunub.
Qeyd olunub ki, bu ayın əvvəlində Rusiyanın “Pantsir-S1” (NATO kod adı SA-22 ) HHM sistemlərinin Moskva ətrafındakı hündürmərtəbəli binalara yerləşdirilib, ötən ilin sonunda Engels və Ryazandakı hava bazalarına edilən hava hücumlarından sonra orada müdafiə sistemləri qurulub.
Apa.az