Dünya çempionatı: Azərbaycan cüdoçuları növbəti qələbələrini qazanıblar

Dünya çempionatı: Azərbaycan cüdoçuları növbəti qələbələrini qazanıblar

Azərbaycanın qız cüdoçusu Xədicə Qədəşova Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

“Report”un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində ispaniyalı Maria Monteneqroya qalib gəlib.

Qədəşova bu raundda braziliyalı Rafaela Rodrigeslə görüşəcək.

Bundan əlavə daha bir yeniyetmə cüdoçumuz Məhəmməd Musayev Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala yüksəlib. 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində rumıniyalı Tudor Mosoini məğlub edib. Həmçinin Əbil Yusubov da dünya çempionatında yarımfinala vəsiqə qazanıb. 66 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda özbəkistanlı İnoyat Telmanova qalib gəlib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 12 =