Dünya erməniləri İsrail hökumətinə səsləndi

Dünya erməniləri İsrail hökumətinə səsləndi

Yaxın Şərqdə davam edən müharibənin fonunda ermənilər diqqəti özlərinə çəkmək üçün min cür oyundan çıxırlar.

KONKRET.az xəbər verir ki, iki gündür Qüdsdə ermənilərə qarşı təzyiqlərin olması barədə dünyaya haray təpən ermənilər İsrail-Həmas müharibəsindən siyasi dvident qazanmaq niyyətindədirlər.

Hiyləgər ermənilərin “göydə mələklər, yerdə ermənilər əzab çəkir” şüarını tirajlayan dünya mediası bu millətin xislətinin bir daha şahidi oldu. Özlərini qədim xalq elan edən bu toplum İsa Məsihi də erməni kimi təqdim edirlər. Artıq İsa Məsihin “yerlilərinin” müdafiəsinə qalxan dünya erməniləri İsraildən yerli erməniləri, o cümlədən din xadimlərini müdafiə etməyi tələb edib. Bəyanatda deyilir:

“Xüsusilə ölkədə misli görünməmiş zorakılıqların yaşandığı bu günlərdə yerli ermənilər, o cümlədən erməni ruhanilərinə qarşı terror aktları qeyri-insani xarakter daşıyır. İsrail indi erməniləri qorumalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =