Dünyada aclığın səviyyəsi proqnozlaşdırıldı
Publika.az xəbər verir ki, o, bu il aclığın 27 milyon insanı təhdid etdiyinə diqqət çəkib. Onun sözlərinə görə, ilk növbədə Afrikada qida problemi yaşanacaq, orada aclıq və böhran zonası var.
Xüsusilə Efiopiya, Somali və Konqo Demokratik Respublikası sakinləri qida çatışmazlığı ilə üzləşəcəklər. Yəmən və Əfqanıstanda kəskin vəziyyət qalmaqdadır.
Kobyakov əlavə edib ki, hazırda dünya struktur qida böhranı içərisindədir.
Bundan əvvəl BMT də ərzaq böhranı səbəbindən dünyada kütləvi aclıq təhlükəsi barədə xəbərdarlıq etmişdi.