Dünyanın ən təhlükəli şəhərləri məlum olub

Dünyanın ən təhlükəli şəhərləri məlum olub

“Numbeo” Tədqiqat İnstitutunun reytinqinə əsasən, Siciliyadakı Kataniya şəhəri Avropanın ən təhlükəli şəhəri hesab olunub.

APA xarici KİV-lərə istinadla xəbər verir ki, qitənin ən təhlükəli şəhərləri arasında ilk üçlükdə Marsel (Fransa), Birminqem və Koventri (Böyük Britaniya) yer alıblar. Top 10-a, həmçinin Şarlerua (Belçika), Neapol (İtaliya), Monpelye (Fransa), Lyej (Belçika), Qrenobl və Nant (hər ikisi Fransa) daxil edilib.

Reytinq bir neçə meyar üzrə tərtib olunub. Real olaraq ölçülə bilən cinayətkarlıq səviyyəsi ilə yanaşı, subyektiv qavrayış, məsələn, evlərin yarılması, oğurluq və ya hücum qorxusu da nəzərə alınır.

Bern, Münxen və Sürix Qərbi Avropada ən təhlükəsiz şəhərlər hesab olunub.

Dünyada ən təhlükəli şəhər isə Venesuelanın paytaxtı Karakasdır. Sonrakı yerlərdə Pretoriya (CAR), Port-Morsbi (Papua-Yeni Qvineya) və Durban (CAR) qərarlaşıb.

“Numbeo”nun məlumatına əsasən, Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi və Əcman şəhərləri dünyada ən təhlükəsiz şəhərlərdir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 8 =