Dünyanın ən varlı ailələri bəlli oldu – Siyahı

Dünyanın ən varlı ailələri bəlli oldu – Siyahı

Əbu-Dabinin hakim Əl Nəhyan sülaləsi (nümayəndəsi Məhəmməd bin Zayed Əl Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin prezidentidir – red.) 2023-cü ildə dünyanın ən zəngin ailələri reytinqində birinci yeri tutub.

Bu barədə Bloomberg bildirib.

Onun sərvəti 305 milyard dollar qiymətləndirilir.

Agentliyin məlumatına görə, ikinci yeri Walmart mağazalar şəbəkəsinin sahibi olan Uolton ailəsi tutub. Bloomberg onun sərvətini 259,7 milyard dollar qiymətləndirir.

Hermes moda evini quran və ona sahib olmaqda davam edən Hermes ailəsi 150,9 milyard dollarla reytinqdə üçüncü yerdədir.

Dördüncü yerdə Mars şirkətinin sahibi olan Mars ailəsi qərarlaşıb.

Qətərdə hakimiyyətdə olan Əl Tani ailəsi beşinci yeri tutub.

Reytinqdə həmçinin Səudiyyə Ərəbistanının hakim sülaləsi Al Saud, Thomson Reuters media şirkətinin səhmlərinin 69%-nə sahib olan Tomson ailəsi, həmçinin BMW-nin səhmlərinin təxminən yarısına sahib olan Quandt ailəsi də yer alıb.

Bundan əlavə, siyahıya Hyatt otellər şəbəkəsinə sahib olan Pritzker ailəsi və Auchan supermarketlər şəbəkəsinə sahib olan Mulier ailəsi daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =