Dünyanın ən yaşlı futbolçusu hazırkı klubu ilə müqaviləsini uzatdı

Dünyanın ən yaşlı futbolçusu hazırkı klubu ilə müqaviləsini uzatdı

Dünya futbolunun ən yaşlı oyunçusu Kazuyoşi Miura peşəkar karyerasını davam etdirmək qərarına gəlib.

BAKU.WS “euro-football.ru”ya istinadən xəbər verir ki, 56 yaşlı hücumçunun da yer aldığı Portuqaliya “Oliveyrense”si sosial şəbəkədə futbolçu ilə müqavilənin yeniləndiyi bildirib.

Futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Portuqaliyanın ikinci ən güclü divizionunda oynayan Miura keçən mövsüm qol vurmadan üç oyun keçirib.

Xatırladaq ki, Kazuyoşi Yaponiya millisinin forması ilə 89 görüşə çıxıb və 55 qol vurub.

1986-cı ildən bəri o, beş onillik ərzində 786 peşəkar qarşılaşmada forma geyib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =